Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti dövlət qulluğu kateqoriyasına daxil edildi

  • By admin
  • 31 May 2017 14:45

seferber

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti dövlət qulluğu kateqoriyasına daxil edilib.

Gununsesi.info məlumatına görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə “Dövlət qulluğu haqqında” qanunun 2-ci (Dövlət qulluğu) maddəsinə təklif edilən əlavə Milli Məclisin bu gün keçirilən iclasında səsverməyə çıxarılıb.

Əlavəyə əsasən, maddədə dövlət qulluğu növü siyahısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adı salınır.

Layihə səsə qoyularaq qəbul edilib.

Gununsesi.info