Səhər 10-dan qaz olmayacaq

  • By admin
  • 14 Sentyabr 2016 19:39

qaz

 

Sentyabrın 15-də saat 10-dan 17-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə” və Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Qaraməryəm-Yekəxana” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Gununsesi.info SOCAR-a istinadən məlumat verir ki, təmir müddətində Bakının Xəzər rayonunun Xaşa-xuna bağ massivinin, həmçinin Göyçay rayonunun Şahsultanlı, Yekəxana, Qaraməryəm və Talış kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Gununsesi.info