Şəhriyar Məmmədyarov Teymur Rəcəbova qarşı

  • By admin
  • 26 Aprel 2018 15:43

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində VII tura start verilib.

Gununsesi.info turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün yarışın iştirakçılarından biri Azərbaycan təmsilçisi Rauf Məmmədovun 30 yaşı tamam olur. Turun əvvəlində bu münasibətlə Rauf Məmmədovu təbrik edən Təşkilat Komitəsi milli komandanın şahmatçısına hədiyyə təqdim edib.

Shamkir Chess 2018

VII tur

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) – Teymur Rəcəbov (Azərbaycan, 2748)

David Navara (Çexiya, 2745) – Dinq Liren (Çin, 2778)

Rauf Məmmədov (Azərbaycan, 2704) – Aniş Giri (Hollandiya, 2777)

Maqnus Karlsen (Norveç, 2843) – Veselin Topalov (Bolqarıstan, 2749)

Radoslav Voytaşek (Polşa, 2744) – Sergey Karyakin (Rusiya, 2778)

Turnir cədvəli: Topalov – 4 xal; Karlsen, Giri – 3,5; Karyakin, Məmmədov, Rəcəbov, Dinq – 3; Voytajek, Məmmədyarov – 2,5; Navara – 2.

Gununsesi.info