Şəmkir sakini kimyəvi maddədən zəhərlənib

  • By admin
  • 12 May 2017 23:30

tecili-yardim-1

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Keçili kənd sakini, 2003-cü il təvəllüdlü Turanə Mustafayeva kimyəvi maddə ilə zəhərlənmə əlaməti ilə rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. 14 yaşlı qızın fosfor tərkibli üzvü birləşmə içərək zəhərləndiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info