Şənbə və bazar günləri yol qəzalarında 8 nəfər ölüb, 25 nəfər yaralanıb - STATİSTİKA

  • Müəllif: admin
  • 15 Avqust 2016 13:10

yol polisi

 

Şənbə və bazar günləri Azərbaycanın avtomobil yollarında 16 yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 13-ü və 14-də baş verən yol qəzaları nəticəsində 8 nəfər ölüb, 25 nəfər yaralanıb.