Sərhəd Xidmətinin əsgəri özünü asıb - HƏRBİ PROKURORLUQ ARAŞDIRIR

  • By admin
  • 26 May 2022 19:05

Mayın 26-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlunun həmin gün özünü asaraq öldürüb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Hərbi Prokurorluqdan bildirilib.

“Daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.
Hazırda Füzuli hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
Hərbi Prokurorluğun rəhbərliyi səbəbindən asılı olmayaraq istənilən ölüm faktının araşdırılmasını nəzarətə götürür və hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin olunur”.

Gununsesi.info