Sərhəddə 1,5 ton narkotik müsadirə edildi

  • By admin
  • 13 Noyabr 2017 20:24


İran polisinin keçirdiyi uğurlu əməliyyat nəticəsində Əfqanıstandan qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 1,5 ton narkotik maddə müsadirə olunub.

Gununsesi.info xəbər verir ki, Sistan vilayətinin polis idarəsinin rəisi general Mohəmməd Kənbari jurnalistlərə bildirib ki, xüsusi əməliyyat zamanı 5 qaçaqmalçı həbs edilib, onlara məxsus 5 avtomobil və 2 tüfəng müsadirə edilib.

Qaçaqmalçılar 1,5 ton heroini İranın mərkəzi şəhərlərinə gətirməyə çalışıblar.

İran Əfqanıstan ilə 900 kilometr sərhədə malikdir. Əfqanıstandan Avropaya qaçaqmalçılıqla daşınan narkotik maddələr tranzit olaraq İran ərazisindən keçir. İran dövləti narkotik qaçaqmalçılığının qarşısını almaq üçün 700 milyon dollar həcmində vəsait sərf edib. Qaçaqmalçılıqla mübarizədə İran təhlükəsizlik qüvvələrinin 4 min əməkdaşı həyatını itirib.

 

Gununsesi.info