
Bakıdan Qəbələ istiqamətində hərəkət edən sərnişin avtobusu İsmayıllı rayonu ərazisində qəzaya uğrayıb.
Gununsesi.info azvision.az-a istinadən məlumatına görə, hadisə şahidləri xəbər verir ki, sərnişin avtobusu yük maşını ilə toqquşub.
İlkin məlumatlara görə, 2 nəfər hadisə yerində keçinib. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hələlik ölən və yaralıların dəqiq sayı bilinmir.
Gununsesi.info












