Sərnişinlərin nəzərinə! –  Bakıda 17 marşrutun yolu dəyişir

  • By admin
  • 17 Aprel 2018 20:36


Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

Gununsesi.info Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılılacaq.

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər aprelin 23-dən tətbiq ediləcək və mayın 1-nə qədər qüvvədə olacaq.

Gununsesi.info