“WhatsApp”da bu da olacaq

  • By admin
  • 17 Aprel 2018 20:26


“WhatsApp” proqramçıları yeni funksiyanı sınaqdan keçirirlər.

Gununsesi.info xəbər verir ki, messencerin istifadəçiləri silinmiş fayllarını 2 ay ərzində bərpa etmək imkanı əldə edəcəklər.

Belə ki, şəkil, video, sənəd və istifadəçilərin səsli mesajları serverdə saxlanılacaq.

Qeyd edək ki, əvvəllər multimedia faylları 30 gündən sonra avtomatik silinirdi.

 

Gununsesi.info