Enerji içkiləri cinsi zəiflik yaradır - XƏBƏRDARLIQ

  • Müəllif: admin
  • 17 Aprel 2018 20:18

Enerji içkilərinin ziyanları barədə dəfələrlə məlumat verilib.

Gununsesi.info xəbər verir ki, enerji içkilərinin seksual həyatı gücləndirdiyi düşünülsə də, əksinə cinsi zəiflik yaradır.

Buna səbəb isə enerji içkilərinin tərkibindəki kofein və şəkər miqdarının çoxluğudur ( təxminən 16 çay qaşığı şəkər tozu ilə qarışdırılmış 2 stəkan kofe).

Digər önəmli səbəb isə metal qabın hazırlanmasında istifadə olunan BPA-nın (Bisfenol A maddəsinin qısaldılmış adı) çoxluğudur.

Bir çox plastik və metal qabların hazırlanmasında istifadə olunan Bisfonol A maddəsi bədəndə qadın hormonu olan estrogen-i artıra bilər. Kişilərdə bu hormonun artması testosteronun (kişilik hormonu) azalması ilə müşahidə edilir ki, bu da cinsi zəiflik yaradır.

Qeyd edək ki, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb.

Gununsesi.info