Səttar Mehbalıyev “putyovka” istəyən deputat və məmurlardan RAMİZ MEHDİYEVƏ ŞİKAYƏT ETDİ

  • By admin
  • 15 Noyabr 2017 13:00

Azərbaycan Həmkarlar İttifaqının sədri, deputat Səttar Mehbalıyev parlamentdə Əmək və sosial siyasət komitəsinin iclasında bəzi deputatların və məmurların ondan həddən artıq istirahət mərkəzlərinə göndəriş vərəqəsi tələb etməsindən şikayətlənib.

Gununsesi.info xəbər verir ki, “Bəzən deputat yoldaşlarım ildə 4-5 dəfə “putyovka” istəyir. Qanunda var ki, ildə bir dəfə bu hüquqdan istifadə edilə bilər” deyən Səttar Mehbalıyev qeyd edib ki, ölkədə belə bir problemlər var.

S.Mehbalıyev bildirib ki, bəzi deputatlar ondan hətta ildə 4-5 dəfə vərəqə istəyir: “Bəzən Nazirlər Kabinetindən də adam “putyovka” üçün müraciət edir. Baxırsan özünün 60, oğlunun 40 yaşı var. Hələ nəvələrinə də istəyir. Belə bir problemlər var. Bu məsələni Prezident Administrasiyasında Aparat rəhbəri ilə də müzakirə etmişəm”.

Mürtəza

Gununsesi.info