Səudiyyə Ərəbistanında yenilik - TEATRLAR AÇILIR

  • Müəllif: admin
  • 11 Dekabr 2017 19:52

Səudiyyə Ərəbistanında 2018-ci ilin martından kinoteatrlar fəaliyyət göstərməyə başlayacaq.

Gununsesi.info xəbər verir ki, Səudiyyə Ərəbistanının 2030-cu ilədək iqtisadi proaqrmı ölkədə əyləncə sektorunun inkişafını nəzərdə tutur.

Proqrama əsasən, 2030-cu ilədək 300-dən çox kinoteatr şəbəkəsinin açılması planlaşdırılır.

Qeyd edək ki, krallıqda kinoteatrlar 1980-ci illərin əvvəlində qadağan edilmişdi.

Gununsesi.info