Saakaşvili: "Gürcüstana namizəd ölkə statusu veriləcək, amma..."

  • By admin
  • 16 İyun 2022 10:07

“Gürcüstan hökumətinin buna sevinib-sevinməyəcəyini bilmirəm, amma hesab edirəm ki, Gürcüstan Ukraynanın sayəsində və geosiyası mühitdən asılı olaraq Avropa İttifaqına namizəd ölkə statusu alacaq”. 

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial media hesabında yazıb.

Onun sözlərinə görə, Gürcüstana namizəd ölkə statusu müəyyən şərtlər və öhdəliklər əsasında veriləcək.

“Məhkəmə sistemi, prokurorluq, polis, seçki sistemi, deoliqarxizasiya, media azadlığı, insan hüquqlarının praktiki təminatı və bir sıra digər institusional dəyişikliklər tələb ediləcək. Ukrayna və Moldova üçün də qeyd-şərtlər olacaq, fəqət bizimkindən daha az,”- deyə Saakaşvili vurğulayıb.

Gununsesi.info