
Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə ötən gecə rayonun Mustafabəyli kəndində qeydə alınıb. Saatlı rayon sakini, 1973-cü il təvəllüdlü Heydərov Elmir Rəşid oğlunun idarə etdiyi “VAZ” markalı avtomobil yoldan çıxaraq aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info












