“Əl-Qaidə”-nin daha bir lideri öldürüldü

  • By admin
  • 23 Noyabr 2016 14:35

al-kaida

Suriyada “Əl-Qaidə” liderlərindən biri zərərsizləşdirilib.

Gununsesi.info-nun Türkiyənin “Akşam” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Peter Cook keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, “ABŞ SQ-nin noyabrın 18-də Suriyanın Sarmata yaşayış məntəqəsi yaxınlığına endirdiyi aviazərbə nəticəsində əslən misirli “Əl-Qaidə” terror təşkilatının nüfuzlu simalarından olan Əbu Əfqan əl-Masri öldürülüb: “Əbu Əfqan əl-Masri “Əl-Qaidə”nin tanınmış liderlərindən biri hesab olunurdu”.

Əbu Əfqan əl-Masrin öldürülməsindən sonar bölgədə terror təşkilatlarına qarşı aparılan mübarizəinin önəmini qeyd edən Peter Cook bildirib ki, terror təşkilatlarına qarşı mübarizədə geriyə addım atılmayacaq.
Anar
Gununsesi.info