Sabirabadda ağır qəza - 1 ölü, 2 yaralı

  • Müəllif: admin
  • 24 Oktyabr 2016 10:10

qazaq

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Dadaşbəyli kəndi ərazisində Kür çayının üzərindəki körpüdə qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 33 yaşlı Vüsal İsrafilov idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən Sabirabad rayon sakini, 22 yaşlı İsrafil Cəfərovun idarə etdiyi “Vaz-2107” markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobil ciddi zədələnərək yararsız hala düşüb. Hadisə zamanı “Vaz-2107” markalı avtomobilin sürücüsü hadisə yerind dünyasını dəyişib. Maşında olan sərnişin, Sabirabad rayon sakini, 22 yaşlı Kamran Məhərrəmli və “Mersedes”in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki yaralı Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info