Şabran rayonunda güclü yanğın olub.
FHN-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, hadisə rayonun Taxtalar kəndində qeydə alınıb.
Vətəndaşa məxsus ümumi sahəsi 450 kvadrat metr olan sexin dam örtüyünün yanar konstruksiyaları 20 kvadrat metr sahədə, ümumi sahəsi 3 kvadrat metr olan köməkçi tikili, yaxınlıqda yığılmış 8 ton bağlaması, 485 ha biçilmiş əkin sahəsi və meşə zolağında 15 ha ərazidə ağaclar yanıb.
Meşə zolağının qalan hissəsi və əkin sahələri yanğından mühafizə olunub.
Gununsesi.info