Şabranda piyadanı vurub qaçan sürücü saxlanılıb

  • By admin
  • 06 Noyabr 2016 20:02

qeza

 

Gununsesi.info xəbər verir ki, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi operativ əməliyyat tədbirləri nəticəsində ölən şəxsin Şabran şəhər sakini, 37 yaşlı Nazim Nizam oğlu Soltanov olması məlum olub.

Şabran polisi onu avtomobillə vurub qaçan sürücünün kimliyini də müəyyənləşdirib. Bu, Bakının Qaradağ rayon sakini, 32 yaşlı Fərid Aslan oğlu Qasımovdur.

O, idarə etdiyi “DAF” markalı yük avtomobili ilə Bakı-Quba yolunda hərəkət edərkən piyada Nazim Soltanovu vuraraq hadisə yerindən qaçıb. Artıq piyadanı vurub qaçmış sürücü Fərid Aslan oğlu Qasımov istintaqa cəlb edilib.

Gununsesi.info