Sabunçunun prokuroru vətəndaşın torpağını zəbt edib

  • By admin
  • 17 Avqust 2016 21:11

sabunch

 

Kərəm Həsənovun işçilərinin daha bir qanunsuz əməli üzə çıxdı

 

Gununsesi.info  fəaliyyətə başladığı gündən ayrı –ayrı vətəndaşlardan hüquqlarının pozulmasına dair onlarla şikayət məktubları alır. Vətəndaşların pozulmuş hüquqlarına biganə qalmayan saytımız onları işıqlandırıraraq, aidiyyatı qurumların diqqətinə çatdırır. Belə məktublardan birini də Məmmədov Azər Maarif oğlu yollayıb.

Vətəndaş redaksiyamıza ünvanladığı ərizəsində Sabunçunun prokuroru Ceyhun Şirinovun qanunsuz əməllərindən bəhs edib.

Azər Məmmədov yazır:

Bildirmək istəyirəm ki, Sabunçu rayon İcra hakimiyyəti başçısının 16 avqust 1994-cü il tarixli, 1259 saylı “Vətəndaş Məmmədov Azər Maarif oğluna fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında” sərəncamına əsasən mənə Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində 159 saylı yerdə ayrılmış, 0.06 ha torpaq sahəsi 21 ilə yaxındır ki, mənim istifadəmdədir. Tərəfimdən hasara alınmış, darvaza qoyulmuş, mənə fərdi ev tikmək üçün hazır vəziyyətə gətirilmişdir. Maddi imkanım olmadığından, həmin torpaq sahəsində hər hansı tikinti apara bilməmişəm. Onu da qeyd edim ki, Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində 159 saylı yerdə mənə torpaq sahəsi ayrılması barədə 1259 saylı sərancam verilmiş və həmin sərancamla ayrılan sahə (massiv) Bakı şəhər İcra Hakimiyyətinin 151 saylı sərancamı ilə Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılması Sabunçu rayon icra hakiyiyyətinin səlahiyyəti kimi göstərilmişdir. Elə bu səlahiyyətindən istifadə edib yüzlərlə şəxsə həmin massivdə riyazi ardıcıllıqla davamlı sərancamlarla həmin sahə ayrılmışdır. Sabunçu Rayon İcra hakimiyyəti tərəfindən nəzərdə tutulmuş torpaq həmin ayrılmış sahədə olub. Həmin sahədə mənimlə yanaşı digər vətəndaşlarada eyni ölçüdə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdı. Məsələn, Sabunçu rayon İcra hakimiyyəti başçısının 12.05.1994-cü il tarixli, “Vətəndaş Məmmədov Şakir Mirzəbala oğluna fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 673 saylı sərəncamına əsasən Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində 157 saylı yerdə, 0.06 ha torpaq sahəsi ayrılmış; Sabunçu rayon İcra hakimiyyəti başçısının 12.05.1994-cü il tarixli, “Vətəndaş Cəfərov Ağaverdi Xeyrulla oğluna fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 672 saylı sərəncamına əsasən Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində 158 saylı yerdə, 0.06 ha torpaq sahəsi ayrılmış; Sabunçu rayon İcra hakimiyyəti başçısının 16.08.1994-cü il tarixli, “Vətəndaş Məmmədov Azər Maarif oğluna fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 1259 saylı sərəncamına əsasən mənə Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində 159 saylı yerdə, 0.06 ha torpaq sahəsi ayrılmış; Sabunçu rayon İcra hakimiyyəti başcısının 25.11.1997-cü il tarixli, “Vətəndaş Vəliyeva Zina İsa qızına fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 1286 saylı sərəncamına əsasən Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində 160 saylı yerdə, 0.06 ha torpaq sahəsi ayrılmışdır. Qonşular həmin massivdə yaşayış evi tiksələrdə, maddi problemlərə görə yaşayış evinin tikintisini həyata keçirə bilməmişəm. Təxminən bir il bundan əvvəl ( 06.11.2014-cü il) mənə qonşular tərəfindən məlumat verildi ki, naməlum şəxslər tərəfindən gecə saatlarında mənə məxsus torpaq sahəsinin darvazasına asdığım kilidi sındırılaraq tərəfimdən 20 il bundan əvvəl daş hasara alınmış torpaq sahəsində tikinti materialları tökülərək tikinti işləri aparmağa cəhd edilir. Mən dərhal hadisə yerinə gələrək həmin şəxslərin mənə məxsus sahədə nə əsasla tikinti işləri aparmalarını soruşub, həmin sahədən çıxmalarını tələb edib bu qanunsuz hərəkətin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarına və Sabunçu rayon İcra Hakimiyyətinə şikayət etdim. Bundan sonra həmin qurumlar gəlib qanunsuz tikili aparmağa cəhd edən şəxsin sənədlərini tələb edib özbaşına tikilini dayandırıb, tikinti materalları isə sahədən çıxarartdırdılar. Bu zaman bizə məlum oldu ki, həmin şəxslər bu sahənin uzunmüddətdi tikilinin aparılmadığını görüb sahibsiz torpaq kimi zəbt etməyə cəhd göstərmiş və torpaq sahəsi ilə bağlı onların heç bir sənədləri mövcud deyil. Həmin şəxslər torpaq sahibinin mövcudluğunu dərk etdikdən sonra həmin ərazini tərk etdilər. Təxminən bir neçə aydan sonra yenidən həmin sahəyə peyda olub, mənimlə görüşərək həmin sahənin ona məxsus olduğunu bildirərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İsmayılov Elvin Knyaz oğluna Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 5-ci Yavər Əliyev küçəsi ev 34 ünvanında fərdi yaşayış evinə dair 0610434 saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və 13.03.2015-ci il tarixli Texniki Pasport (reyestr nömrəsi 005013022774-10301, inventar nömrəsi 11/955) göstərmişlər. Həmin sənədlərə baxarkən aydın oldu ki, həqiqətən mənə məxsus torpaq sahəsinin planı İsmayılov Elvin Knyaz oğlunun adına tərtib edilmiş texniki pasportdakı göstərici eyni olsa da, həmin sahədə mövcud olmayan tikilinin texniki göstəriciləri göstərilərək həmin sahədə ümumi sahəsi 15.6 kv.m tikilin guya olması qeyd edilmişdir. Mən isə bu halın, tam saxta olmasını onların nəzərinə çatdırıb, həmin sahə ilə bağlı ilkin torpaq ayırma sənədlərini tələb etdim. Bu zaman onlar ilkin hüquq müəyyən edən sənədlərin olmamasını bildirməklə mənə həmin hüququn yarandığı məhkəmə aktlarını təqdim etdilər. Həmin məhkəmə aktlarına baxarkən həmin sənədlərin saxtakarlıqla əldə edilməsi mənə məlum oldu. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Sabunçu Bələdiyyəsi ilə əlbir olaraq qeyri-qanuni hərəkətləri nəticəsində, heç bir tikili mövcud olmadığı halda İsmayılov Elvin Knyaz oğlu Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı ( əvvəlcədən razılaşdırılmış halda) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia qaldıraraq olmayan tikilinin “ Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia tələbi təmin edilmiş (03.10.2014 tarixli 2-1(82)-3308/2014 qərarla) və dərhalda həmin qərar Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən icra olunmuşdu. Dərhal da eyni üsulla yenidən Torpaq sahəsi ümumiyyətlə ayrılmadığı və həmin şəxslə hüquqi bağlılığı olmadığı təqdirdə İsmayılov Elvin Knyaz oğlu Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı ( əvvəlcədən razılaşdırılmış halda) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia qaldıraraq “ Torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatının aparılması və həmin torpaq sahəsinə Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia tələbi tam təmin edilmişdi ( 28 yanvar 2015-ci il tarixli 2-1( 82)-334/2015 saylı qərarla). İşdəndə göründüyü kimi İsmayılov Elvin Knyaz oğlunun adına heç bir torpaq ayırma sənədləri mövcud olmadığı halda mənə məxsus sahəni ələ keçirmək məqsədi ilə sürətli şəkildə öz vəzifə səlahiyyətlərini aşan hər üç qurumun əməkdaşları ilə əvvəlcədən sövdələşərək hüquq müəyyən edən sənədləri olmaya-olmaya həmin çıxarışı və texniki pasportu cinayət əlaqəsinə girərək əldə edib, qanuni sahibliyimdə olan sahəyə tələb hüququ yaratmışdır. Daşınmaz əmlakın qeydiyatı üçün heç bir hüquqi əsas olmadığı halda, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.10.2014 tarixli 2-1(82)-3308/2014 saylı və 28 yanvar 2015-ci il tarixli 2-1( 82)-334/2015 saylı qərarları qəbul etmişdir. Hər iki qərar sırf qanunsuz qəbul olunmuş, həmin qərar qəbul olunarkən daşınmaz əmlaklar mövcud olmadığı və ümumiyətlə hüquq yaranmadığı halda məhkəmə öz səlahiyyətindən sui istifadə edərək, saxtakarlığın bir növ iştirakçısına çevrilərək hansısa maraqdan belə qərar qəbul etmişdi. Lakin, ən maraqlı məqam odur ki, bu qanunsuzluqlara qarşı, yəni torpaq sahəmin qanunsuz olaraq başqalarının mükiyyətinə keçməsinə qarşı apardığım haqlı mübarizə sonda öz bəhrəsini verdi. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, Sabunçu Rayon Bələdiyyəsinin əlbir olaraq təşkil etdiyi mütəşəkkil dəstənin qanunsuz əməllərindən, Azərbaycan Respublikası Konstitusiyasının müddəalarını, vətəndaşların əmlak hüquqlarını kobud şəkildə pozan hərəkətlərindən bir sıra dövlət qurumlarına şikayətlər etmişəm və bu şikayətlərin araşdırılması nəticəsində yuxarıda adı çəkilən mütəşəkkil qrup geri çəkilməyə başladılar. Yalnız bundan sonra mübahisə olunan torpaq sahəsinin qeyri-rəsmi olsa da, əslində faktiki mülkiyyətçisinin kim olduğu ortaya çıxdı. Bəlli oldu ki, Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində 159 saylı yerdə ayrılmış 0.06 ha torpaq sahəsinin əsl sahibi Sabunçu rayon prokuroru Ceyhun Şirinov imiş. Hətta, Ceyhun Şirinovun şoferi hüquq mühafizə orqanlarına yazdığımız şikayətlərin araşdırılmasına maneəçilik yaratmaq üçün həmin qurumlara gedərək, torpaq sahəsinin Ceyhun Şirinova aid olduğunu bildirirmiş. Bundan əlavə, mübahisəli torpaq sahəsinin qonşuları prokurorun şoferinin bir neçə dəfə həmin ərazidə göründüyünü bildiriblər. Mübahisəli torpaq sahəsinin hər hansı ilkin torpaq ayırma sənədləri olmadan bu cür qanunsuz şəkildə ələ keçirilməsindən bəlli idi ki, işin arxasında vəzifəli və nüfuzlu biri dayanıb. Çünki, adi bir vətəndaşın buna gücü çatmaz. İsmayılov Elvin sadəcə bir fiqur rolunu oynayıb. İşin əsas himayədarı Ceyhun Şirinovdur. Lakin, maraqlısı odur ki, hüquq mühafizə orqanının vəzifəli şəxsi öz vəzifə funksiyalarının əsas mahiyyətini unudaraq bunun əksinə hüquq pozma ilə məşğuldur. Əgər Ceyhun Şirinov həqiqətən torpaq sahəsi istəyirdisə, qanuni şəkildə müvafiq qurumlara müraciət edərdi, artıq qanuni şəkildə ayrılmış və rəsmi olaraq kiminsə sahibliyində olan torpaq sahəsinin öz nüfuzundan istifadə etməklə ələ keçirilməsi nə onun vəzifə funksiyasına, nə də adına yaraşmır. Belə hallara göz yuman və onunla əlbir hərəkət edən DƏDRX və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi də eyni dərəcədə bu işdə təqsirlidir. Hazırda, Ceyhun Şirinov apardığım haqlı mübarizədən çəkinərək, məni bu işdən yayındırmaq üçün mənə qarşı cinayət işi açaraq məni qorxutmaq istəyir. Guya mən mənə məxsus olan torpaq sahəsinə daxil olarkən qıfılı qırmışam, “mövcud olmayan evi” dağıtmışam və əmlakı qəsdən məhv etməklə mülkiyyətçiyə külli miqdarda ziyan vurmuşam. Maraqlıdır, DƏDRX və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi necə olur ki, heç bir torpaq ayırma və tikinti aparma sənədləri olmadığı halda OLMAYAN ƏMLAKI daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmaqla çıxarışın verilməsini necə həyata keçirir??? Qeyd edim ki, bu gün daşınmaz əmlakla bağlı bütün saxtakarlıq eyni qaydada həyata keçir. İstənilən şəxs istədiyi sahəyə dair çıxarış əldə etmək istəyirsə əvvəlcədən DƏDRX və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ilə çəkiləcək xərc razılaşdırılır və istənilən sahəyə dair Reyestr çıxarışı əldə edilir. Bu cür saxtakarlıq isə külli miqdarda rüşvət hesabına alınır. Əgər hər iki qurumun fəaliyyəti araşdırılarsa, belə sövdələşmələrin nəticəsində 1000-lə qanunsuz çıxarışın verilməsi təsdiqini tapacaq. Necə olur ki, heç bir hüquq müəyyən edən sənədlər olmadığı təqdirdə həmin sahə və mövcud olmayan tikili qeydiyyata alınıb çıxarış verilməsi DƏDRX-in üzərinə qoyulur və həyata keçirilir??? Nəzərinizə çatdırım ki, Bakı şəhəri Bibiheybət qəsəbəsində yerləşən “Dostluq” parkının ərazisində analoji hadisə baş vermiş və bununla əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində işə hal-hazırda baxılır. Bir çox şəxslər “Dostluq” parkında DƏDRX-nin Bakı Ərazi İdarəsi, Bibiheybət bələdiyyəsi və müvafiq Bakı İnzibati-İqtisadi Məhkəməsi ilə əlbir olaraq Parkın ərazisindəki torpaq sahələrini qanunsuz çıxarışlarla zəbt etmişlər. Mənim hüquqlarımda eyni ssenari əsasında pozulmuşdur!!! Qeyd etməliyik ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunduğu halda Sabunçu rayon prokuroru Ceyhun Şirinov İsmayılov Elvin Knyaz oğlunun adından istifadə etməklə, ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi idarəsi ilə əlbir olaraq və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin əsassız qərarları ilə Konstitusiyanın 13-cü maddəsinin müddəası kobud şəkildə pozulmuşdur. Ən maraqlısı isə odur ki, respublikada milyonlarla özbaşına tikinti olsa belə (rəsmi reyestrdən çıxarışı olmayan), bütün tikililərin ilkin hüquq müəyyən edən sənədləri, torpaq ayırma və tikintiyə dair sənədləri vardır. Qeyd etdiyim kimi, Ceyhun Şirinov isə heç bir belə sənəd olmadan, sənədi keçdim heç tikili olmadan çıxarış almışdır. Bu isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, Sabunçu rayon prokuroru Ceyhun Şirinovun və Sabunçu Rayon Bələdiyyəsinin əlbir olaraq korrupsiya qrupu yaratdığını təsdiqləyir. Bu işin sifariş olduğu, Ceyhun Şirinovun nüfuzunun təsiri isə açıq-aşkar ortadadır. Sabunçu rayon prokuroru Ceyhun Şirinovun ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsi, 2 saylı İnzibati-İqtisadi məhkəməsi, Sabunçu rayon Bələdiyyəsinin məsul şəxsləri ilə əlbir olaraq vətəndaşların sahibliyimdə olan və qanuni şəkildə ayrılmış torpaq sahəsindən öz mənafeyi üçün istifadə etməsinə və onların əmlak hüquqlarını pozmasına imkan vermək olmaz. Çünki, biz hüquqi dövlətdə yaşayırıq, mülkiyyət hüquqlarımız Konstitusiyamızın və qanunlarımızın, eləcə də, qoşulduğumuz beynəlxalq konvensiyaların tələblərinə əsasən müdafiə olunur”.

Vətəndaş şikayətinin sonunda yazır ki, Ceyhun Şirinov kimi vəzifəli şəxsin öz nüfuzundan istifadə etməklə müvafiq dövlət qurumlarına təsir etməsi və vətəndaşların hüquqlarını pozması və onun barəsində heç bir tədbirin görülməməsi hüquq pozmaya meyilli digər vəzifəli şəxsləri də həvəsləndirir: “Hazırda iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Həmid Həmidovun icraatındadır və işin məhkəmə baxışı sabah başlayır”.

 

Elmar