Salyanda 35 yaşlı qadın sirkə turşusu içib - ZƏHƏRLƏNİB

  • Müəllif: admin
  • 31 Mart 2017 09:40

zeherlenme-qadin

Salyanda sirkə turşusundan zəhərlənmə hadisəsi baş verib.  

Gununsesi.info-nun cənub bürosunun verdiyi məlumata görə, hadisə Salyan şəhəri, 20 yanvar küçəsi, ev 28-də qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan, 35 yaşlı İlhamə Mehdi qızı Həsənova bilmədən evdə  içdiyi sirkə turşusundan zəhərlənib. Qadın dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Gununsesi.info