
Salyanda yanğın hadisəsi baş verib.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, rayonun Bəydili kəndində vətəndaşa məxsus “QAZ” markalı minik avtomobilinin mühərriki və salon hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info










