Salyanda yol qəzası baş verib - 2 YARALI

  • By admin
  • 30 Dekabr 2017 21:25

Salyanda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info “Report”a istinadən bildirir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“Ford” markalı avtomobillə “Mercedes” markalı minik maşınının toqquşması nəticəsində Sabirabad rayon sakini Kazım Qasımov və bir qadın yaralanıb. Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Digər yaralının adı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info