Saray qəsəbəsində avtomobil su kanalına düşdü - SÜRÜCÜ SUDA BATDI

  • By admin
  • 02 Avqust 2017 07:39

fhn-3

Abşeron rayonu, Saray qəsəbəsində “Mercedes” markalı minik avtomobili su kanalına düşüb.

Nəticədə suda batan sürücü, 1978-ci il təvəllüdlü Elnur Elxan oğlu Salmanovun cəsədi dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, əməliyyat saat 05:02-də başa çatıb.

Gununsesi.info