
Abşeron rayonu ərazisində baş verən dəhşətli qətlin bəzi təfərrüatları bəlli olub.
Gununsesi.info məlumat verir ki, bir neçə gün öncə Abşeron rayonu Saray qəsəbəsində qəsəbə sakini, 1962-ci il təvəllüdlü Qurban İsmayıl oğlu Hüseynov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1963-cü il təvəllüdlü Fəraiz Zakir qızı Hüseynovanı və baldızı qızı, 1999-cu il təvəllüdlü Amuz Təbrizi Rəhilə Əsgər qızını öldürüb.
Q. Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə isə Q. Hüseynov qətlə yetirdiyi baldığı qızını kiçik yaşlarından öz yanlarında saxlayıb və öz övladı kimi böyüdüb.
Hadisədən iki gün öncə isə Rəhilə Əsgər qızının nişanı olub.
Məlumatda o da qeyd olunur ki, Q. Hüseynov özü vaxtı ilə idmanla məşğul olmasına baxmayaraq, çox sakit və insanlarla çox mehriban, xoş davranışı ilə tanınıb.
Hadisənin Qurban tərəfindən törədilməsi də yaxınlarını və onu tanıyanları dəhşətə gətirib.
Onların fikrincə, necə ola bilər ki, bu cür insan belə bir hərəkətə yol verib…
Bildirək ki, Hüseynov Q. “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.
Onun eyni zamanda, hazırda mühacir həyatı yaşayan tanınmış jurnalist Elbəy Həsənli ilə qohumluq əlaqələri var.
Qeyd edək ki, Q. Hüseynov əsələn Zəngilan rayonundandır.
Gununsesi.info










