Sarkozi PSJ futbol klubuna prezident gətirilir…

  • Müəllif: admin
  • 17 Dekabr 2016 12:31

sarkozi

Fransanın keçmiş prezidenti  Nikolya Sarkozi “Pari Sen-Jermen” futbol klubunun prezidenti ola bilər.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə “GQ France” nəşri yazıb.

Klubun sahibi, Qətərin şeyxi Tamim bin Xamad Al-Tani bununla bağlı N.Sarkoziyə müraciət edib. Təyinatla bağlı qərar Fransa çempionatının qış fasiləsində verilə bilər.

Məlumdur ki, Nikolya Sarkozi  PSJ-nin çoxdankı azarkeşidir və mütəmadi olaraq klubun keçirdiyi oyunları stadionda izləyir.

Gununsesi.info