Şaxta Baba geyimində mağazanı soydu

  • By admin
  • 03 Yanvar 2017 23:09

13

Gürcüstanın Batumi şəhərində Şaxta Baba geyimində olan şəxs mağazanı qarət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Rustavi 2” kanalı məlumat yayıb.

Məlumata görə, hadisə dekabrın 31-də baş verib. Oğru Şaxta Baba geyimində marketə daxil olub. O, əvvəlcə satıcını bayram münasibəti ilə təbrik edib. Daha sonra silahı tuşlayaraq pulları tələb edib. Kassada 40 min lari (təxminən 15 min dollar) götürən oğru ordan uzaqlaşıb.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Gununsesi.info