Sergey Lavrov qolunu zədələdi

  • By admin
  • 06 İyun 2016 18:02
lav
Rusiya xarici işlər naziri Sergey Lavrov futbol oynayarkən qolunu zədələyib.  ANS PRESS-in məlumatına görə, bu baradə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi instaqram səhifəsində bildirilib.
“Bu, tərəfdaşlarla saysız telefon danışıqlarından yaranan iş zədəsi deyil. Sağlamlığa dəymiş bu kiçik zədə futbol oyununun nəticəsidir”, – deyə nazirliyin paylaşımında vurğulanır.
Sergey Lavrovun Finlandiya xarici işlər naziri Timo Soyni ilə görüşü zamanı çəkilmiş videoda onun sağ əlinin sarğılı olduğu görünüb.
İyunun 4-də Lavrov yoldaşlıq matçında iştirak edib. Onunla bərabər ikiqat olimpiya çempionu Yevgeni Pluşenko da oyunda iştirak edib. Bu barədə çempionun həyat yoldaşı Yana Rudkovskaya öz şəxsi instaqram səhifəsində məlumat verib.