Seyfulla Əzimov parlamentdə ilk dəfə hesabat verəcək

  • Müəllif: admin
  • 20 Aprel 2020 11:45

Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun Milli Məclisdə illik hesabat verəcəyi vaxt müəyyənləşib.

Gununsesi.org-un xəbərinə görə, Milli Koordinatorun mayın 8-də Milli Məclisə illik hesabat təqdim etməsi gözlənilir.

Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edəcək

Gununsesi.org