Gununsesi.info xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat yayıb.
Məlumatda bildirilib ki, 5 iyun 2018-ci il tarixində yerli vaxtla 22:40-da Zaqatala rayonunda baş verən maqnitudası 5.5, episentri 19 kilometr dərinlikdə olan zəlzələyə dair başqa ölkələrin mətbu orqanlarına istinad halları ilə bağlı Mərkəzimizə ünvanlanmış çoxsaylı suallarınızla bağlı bildirmək istəyirəm ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən aparılan tədqiqatlar seysmotelemetrik stansiyalar tərəfindən qeydə alınan məlumatlar əsasında aparılır.
Xahiş edirəm zəlzələyə dair məlumatları yayarkən, hansısa təxribatçı xarakterli xarici ölkə mediasına deyil, öz milli mərkəzimizə istinad edəsiniz.













