Bu saatadək 75 afterşok qeydə alınıb - YENİLƏNİB

  • By admin
  • 06 İyun 2018 11:02
“Bu saata 75 afterşok qeydə alınıb”. Gununsesi.info Modern.az-a istinadən bildirir ki, bunu  açıqlamasında Respublika Seysmologiya Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

O qeyd edib ki, zəlzələ güclü və ərazi aktiv olduğuna görə böyük ehtimalla afterşoklar bir müddət davam edəcək.

Daha güclü zəlzələnin baş vermə ehtimalına gəlincə, qurum rəsmisi deyib ki, bu barədə heç kim əvvəlcədən proqnoz verə bilməz.