Şiddətli ağrı şikayətiylə stomatoloqa getdi, dəhşətə gəldi - 17 YAŞLI GƏNCİN AĞZINDAN 232 DİŞ ÇIXDI - FOTOLAR

  • Müəllif: admin
  • 19 Aprel 2017 21:15

232 dis

Hindistanda şiddətli ağrı şikayətiylə stomatoloqa gedən gəncin ağzından 6 saat davam edən əməliyyatla nə az, nə çox düz 232 diş çıxarıldı.

Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Mumbayda baş verən və dünya stomatologiya tarixinə keçəcək hadisə, Maharashtrayan əyalətinin Buldhana bölgəsində yaşayan 17 yaşlı Ashik Gavainin sağ alt çənəsindəki ağrı səbəbindən ailəsi tərəfindən həkimə aparılmasından sonra üzə çıxıb.

Həkim Sunanda Dhivare və əməliyyata qatılan digər tibb personalı stomatologiya tarixi baxımından əhəmiyyətli gördükləri bu əməliyyat üçün Ginnesin Rekordlar Kitabına müraciət etməyi qərarlaşdırıblar.

Qeyd edək ki, gəncin dişindəki narahatlığın bir növ kompleks diş şişi olaraq adlandırılan ”odontoma” olduğu bildirirlir. Bu xəstəlik adamın yeməkləri çeynəməsində və udqunmasında ciddi çətinliklərə səbəb olur. Lakin aparılan əməliyyatdan sonra 17 yaşlı Ashik Gavainin vəziyyəti yaxşılaşıb. Hazırda onun diş ağrısı problemi yoxdur.

232 dis3

232 dis4

232 dis2

Gununsesi.info