Silahla ehtiyatsız davranma nəticəsində bir nəfər xəsarət aldı

  • By admin
  • 04 Yanvar 2017 21:01

silah

 Xaçmaz rayonunun Gülalan kəndində yaşayan sakin həyətində ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb.

Gununsesi.info-nun Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, yanvarın 3-də Xaçmaz rayonunun Gülalan kəndində yaşayan Mənsur Camalov həyətində ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayaq nahiyəsindən xəsarət almış və o, xəstəxanaya yerləşdirilib. Xaçmaz RPŞ əməkdaşları tərəfindən ondan müvafiq sənədləri olan “İJ-16” markalı tüfəng götürülüb.

Anar

Gununsesi.info