Siyasi məhbus ailələrinin əfv gözləntisi bitib?

  • By admin
  • 29 İyun 2016 12:29

 

ilkinebdul

Ötən əfv sərəncamından sonra Ramazan Bayramı münasibəti ilə  yeni əfv sərəncamı imzalanacağı barədə xəbərlər yayılıb.   İnsan Hüquqları müdafiəçiləri bununla ölkə iqtidarının siyasi məhbus məsələsini tamamən həll edəcəyini, Novruz əfvinə düşməyən, Avropanın diqqətində olan siyasilərin azadlığa buraxılacağını qeyd edirlər.  Mart  ayındakı əfvdə bir çox siyasi məhbusun azad edilməsinə baxmayaraq, hazırda həbsxanalarda ictimaiyyətin və beynəlxalq aləmin diqqətində olan tanınmış məhbuslar var. Onlardan Müsavat başqanının müavini Fərəc Kərimli, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, NİDA-çı gənclər İlkin Rüstəmzadə və Əbdül Əbilovu, sabiq səhiyyə naziri Əli İnsanovu, AXCP-nin digər  üzvlərini, blogerləri və başqalarını qeyd etmək olar.  Gununsesi.info-nun əməkdaşı hazırda həbsdə olan siyasi məhbusların ailələriylə əlaqə saxlayıb. Sözügedən şəxslərin aiə üzvlərindən yalnız Əbdül Əbılovun anası Nurcahan xanım pozitiv cavab verib. O qeyd edib ki, oğlunun bu Ramazan Bayramında əfvlə azad olunacağına inanır: “Komissiyanın qərarından xəbərim yoxdur. Nə də heç kim mənə oğlumun Ramazanda azadlığa çıxacağıyla bağlı bir söz deməyib. Amma mən  hər an, hər saniyə Əbdülün əfv ediləcəyi xəbərini gözləyirəm. Çünki mənim oğlüm günahsızdır”-, deyə o bildirib.

NİDA-çı gənclərdən  İlkin Rüstəmzadənin atası Bakir Xəlilov isə oğlunun əfv olunacağını gözləmir. O buna səsb kimi isə, Əfv komissiyasının bu məqsədlə bir dəfə də toplaşmadığını əsas gətirib: “Ramazan ayında əfv olmayacaq. Dəqiq məlumatdır. Çünki bununla bağlı mövzunu diqqət mərkəzində saxlayıram”.

Digər siyasi məhbus ailəri isə, təəssüflə bildiriblər ki, əldə etdikləri məlumata görə, Amnistiya aktından dərhal sonra əfv sərəncamı tezliklə  imzalanmayacaq.

Gülnaz Qənbərli