Smartfonlar insanda psixiki problemlər yaradır - ARAŞDIRMA

  • By admin
  • 14 Mart 2018 09:00

Məlum olub ki, smartfonlar öz sahibində psixiki problemlər yarada bilər. Bu haqda “Business Insider” nəşri yazıb.

Nəşr iddia edir ki, daimi zəng və bildirişlər stress hormonlarını hərəkətə gətirir. Bu isə ona səbəb olub ki, amerikalı tələbələrin 89%-i “uydurma” vibrozənglərdən (telefon sönülü vəziyyətdə olduqda belə beyin ona reaksiya verir) şikayət ediblər. Tələbələrin 86%-i isə bildirib ki, onlar müntəzəm olaraq elektron poçt və sosial şəbəkələrini yoxlayırlar.

Endokrinoloq Robert Lyustiq nəşrə deyib ki, telefon bildirişləri beyni daima stress və qorxu vəziyyətində saxlayır. Bu isə yüksəksəviyyəli koqnitiv funksiyalar (iradə, abstrakt düşüncə, özünü ifadə və metabilik) üçün məsuliyyət daşıyan baş beynin prefrontal qabığının tam gücü ilə işləməsini dayandırmasına səbəb olur.

Gununsesi.info