SOCAR və “Azəriqaz” istehlakçı qarşısında məsuliyyət daşıyır -Ekspertlərdən sərt sözlər

  • By admin
  • 24 Fevral 2017 10:05
azeriqaz
“Azəriqaz” istehsalat Birliyi istehlakçıların hüquqnu kobud surətdə pozur və bunun səbəbini də izah etmir.
 
Bunu Gununsesi.info-ya  Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov   qış aylarında “Azəriqaz” İB-nin    Bakı və Abşeron yarımadasında mütəmadi olaraq qaz verilişinə məhdudiyyətlər  tətbiq etməsi ilə bağlı yaranan  problemə mövqeyini açıqlayarkən deyib.
sahibmemmed
Onun sözlərinə görə, heç 1990-cı illərin əvvəlləridnə Bakı və Abşeron yarımadasında  istehlakçıya qazın verilməsi ilə bağlı belə problemlər olmurdu:
“Düzdür, o zaman daha çox elektrik enerjisinin verilişində problem olsa da, qaz verilişində belə problemlər yaşanmırdı. Ancaq təəssüflər olsun ki, son bir neçə ildir Bakı və Abşeron yarımadasında mütəmadi olaraq qazın verilişində  ciddi problemlər yaranır. Ancaq  SOCAR istehlakçıya bunun səbəbini izah etmir. Bəlkə istehlakçı onun açıqlamasını anlayışla qarşıladı, hansı ki, biz bu məhdudiyyətlərin səbəbini bilmirik. Təssüflər olsun ki, bu açıqlama da yoxdur”.
 S. Məmmədov əlavə edib ki, “Azəriqaz” isə  məhdudiyyətləri izah etmək əvəzinə, belə halların olmasını qətyyətlə inkar  edir və qaz verilişində heç bir problem olmadığını deyir.
“Bu hal hamını narahat edir. Çox istərdim ki, bununla bağlı istehlakçılara məlumat verilsin”- deyə, o, vurğulayıb.
S.Məmmədov deyib ki, SOCAR dövlət şirkəti olduğundan istehlakçı qarşısında sosial məsuliyyəti də var.
S. Məmmədov qazın verilişində məhdudiyyətin qoyulmasını SOCAR-ın  qaza qənaət etməsi ilə izah edir:
“Ola bilsin ki, SOCAR xarixi istehlakçı qarşısındakı öhdəçiliyi yerinə yetirə bilmədiyindən, daxili istehlakçının qazına qənaət eməklə bunu edir.  Ona görə də qaz verilişində fasilələrə yol verir. Mənim gəldiyim qənaətlərdən biri budur”.
S. Məmmədov deyib ki, qazın verilişi kəsilində və onu yenidən verəndə qaz sayğaclarına ciddi problemlər yaradır: “Belə ki, qaz verilişi yenidən bərpa olunanda  bir müddət hava axır. Nəticədə istehlakçı  sayğacdan keçən havanın da pulunu ödəməli olur. Burada ikinci problem isə ondan ibarətdir ki, sayğaclarda, xüsusən də smart kart tipli sayğaclarda problemlər yaranır. Həmin sayağaclar koda düşür. Bir sözlə, diskomfort, təhlükə yaradır və sair hallar baş verir”.
Bütün bu halları nəzərə alan  S. Məmmədov hesab edir ki, SOCAR və “Azəriqaz” istehlakçı qarşısında məsuliyyət daşıyır.
“Çünki SOCAR-ın istehlakçı qarşısında öhdəçiliy var ki, o istehlakçını fasiləsiz və keyfiyyətli qazla təmin etməlidir. Əgər bunu yerinə yetirmirsə, deməli, öhdəçiliyi pozur və bu öhdəçiliyi pozduğuna görə məsuliyyət daşıyır”- deyə, S. Məmmədov bildirib.
eyyub
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da  Gununsesi.info-ya açıqlamasında deyib ki, SOCAR  monopolist bir təşkilat olaraq, istehlakçı qarşısında  öhdəçiliyi olduğu üçün onun  hüquqlarını pozduğuna görə, məsuliyyət daşıyır.
“Çünki SOCAR istehlakçı qarşısında keyfiyyətli və fasiləsiz  qazla təmin etmək barədə öhdəçilik götürüb. Qanunvericilik təchizatçının üzərinə öhdəlik qoyur və “Azəriqaz” da bu öhdəliyi kobud surətdə  pozur”- deyə, E. Hüseynov vurğulayıb.
O, əlavə edib ki, bir zamanlar “Azəriqaz” SOCAR-a birləşdirəndə istehlakçının  keyfiyyətli və fasiləsiz qazla təminatı məsələsində böyük ümidlər var idi, ancaq  bu ümidlər puça çıxdı və hər şey əksinə oldu.
“Bu gün  “Azəriqaz” istədiyi vaxt  qazı kəsir, istədiyi vaxt verir. Bu da  nəticədə ciddi təhlükələrə və problemlərə yol açır. “Azəriqaz” isə buna əhəmiyyət vermir. Biz bu günə kimi məhkəmə proseslərində “Azəriqaz”-ın  günahkar olduğunun şahidi olmamışıq. Bütün hallarda istehlakçı günahkar sayılıb. İstehlakçının hüquqları ayaqlar altına atılıb.  Bu isə anormal haldır. Bu istehlakçının hüquqlarının kobud surətdə pozulmasıdır ki, “Azəriqaz” buna görə məsuliyyət daşıyır”- deyə, o, bildirib.
E.Hüseynov sonda onu da əlavə edib ki, əslində, “Azəriqaz”  bu fəaliyyəti ilə ölkə başçısının istehlakçıların hüquqlarının təmin olunması istiqamətində həyata keçirdiyi siyasətin səmərəsini azaldır.
 Mürtəza
Gununsesi.info