Son 50 gündə PKK qruplaşmasının 537 yaraqlısı zərərsizləşdirilib

  • By admin
  • 10 Oktyabr 2016 13:56

turkiyya

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı ölkə daxilində aparılan antiterror əməliyyatlarının gedişində avqustun 29-dan bəri PKK qruplaşmasının 537 yaraqlısının zərərsizləşdirildiyini bildirib.

HTML tutorial

Gununsesi.info Anadolu informasiya agentliyinə istinadən xəbər verir ki, Baş qərargahın açıqlamasına əsasən, əməliyyatlar nəticəsində 417 terrorçu öldürülüb. Həmçinin yaraqlıların 61-i yaralı olaraq ələ keçirilib, 41-i təhlükəsizlik qüvvələrinə təslim olub, 18-i isə yaxalanıb. Eyni zamanda, terrorçulara məxsus çox sayda silah-sursat aşkarlanıb.

Əməliyyatların gedişində 88 əsgərin şəhid olduğu, 152 hərbçinin yaralandığı bildirilir. Son zamanlar ordu PKK-nın döyüş potensialını xeyli zəiflətməyə nail olub.

Qeyd edək ki, Türkiyədə terrorçulara qarşı genişmiqyaslı əməliyyatlar 2015-ci ilin iyununda başlayıb. O vaxtdan indiyədək 7 min PKK yaraqlısı məhv edilib, terrorçularla toqquşmalarda 700-dək hərbçi və polis həlak olub.

Gununsesi.info