“Sumqayıt” – “Qarabağ” görüşünün vaxtı dəyişdirilib

  • By admin
  • 19 Aprel 2018 19:20


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun “Sumqayıt” – “Qarabağ” görüşünün vaxtı dəyişdirilib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası qərar qəbul edib. “Sumqayıt” klubu “Qarabağ”la görüşün nəzərdə tutulandan 1 gün sonra – 22 apreldə keçirilməsini xahiş edib. “Gənclik şəhəri” təmsilçisinin müraciətini və “Qarabağ”ın razılıq məktubunu alan PFL oyunun vaxtını 22 aprel saat 19:00-a təyin edilib.

Beləliklə, “Sumqayıt” – “Qarabağ” qarşılaşması “Neftçi” – “Qəbələ” görüşü ilə eyni vaxtda başlayacaq.

Gununsesi.info