
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Gununsesi.info qrumun rəsmi saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1931-ci il təvəllüdlü Ədiqə Qurban qızı Həsənovanın cəsədini aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 00:40-da başa çatıb.
Anar
Gununsesi.info










