Sumqayıtda mənzildən meyit tapıldı

  • By admin
  • 05 Aprel 2018 14:22

Sumqayıtda mənzildə meyit aşkar olunub.

Bu haqda FHN-dən Gununsesi.info-ya verilən məlumatda bildirilib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1931-ci il təvəllüdlü Məmmədzadə Zinaida Muxtar qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​

Gununsesi.info