Sumqayıtda minlərlə abonentin qaz təminatında məhdudiyyət olacaq

  • By admin
  • 13 Mart 2022 22:46

Sumqayıt şəhərində 16 500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq.

Bu barədə Sumqayıt Qaz İstismar Sahəsində APA-nın yerli bürosuna verilən məlumatda deyilir.

Bildirilib ki, “Şəhər-3″ orta təzyiqli qaz kəmərində təmir-quraşdırma işlərinin aparılması və qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar, 14. 03. 2022-ci il tarixində saat 09:30-dan etibarən saat 11:30-dək Sumqayıt şəhərinin Kimyaçılar, Təzə Kotec, Köhnə Kotec qəsəbələri, “Xəzər bağları” yaşayış massivində, Bulvar ərazisi və 22-ci məhəllənin qaz təchizatı dayandırılacaqdır. Ümumilikdə 16500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq.

Gununsesi.info