Sumqayıtda partlayış olub

  • Müəllif: admin
  • 12 Avqust 2016 16:03

yangin

Sumqayıt şəhərində vətəndaşa məxsus evin həyətində yanğınla nəticələnən partlayış baş verib.

Gununsesi.info FHN-nin saytına istinaən verdiyi məlumata görə, nəticədə ərazidə 5 kvadratmetr sahədə taxta tullantıları və “ZAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Hadisə zamanı avtomobilin sahibi yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gülnaz Qənbərli

Gununsesi.info