“Tramadol”u gömrükdən konfet kağızında keçirmək istədi - YAXALANDI

  • Müəllif: admin
  • 12 Avqust 2016 15:59

gomruk

Güclü təsir edən maddəni konfet kağızlarında gizlətmək istədi

Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Gununsesi.info xəbər verir ki, yoxlama zamanı, vətəndaşa məxsus iki ədəd polietilen konfet paketlərində, konfetlərlə birlikdə doğranmış formada konfet kağızlarına bükülü 500 həb, şalvarının bel hissəsində 20 həb və corabının altında 170 həb olmaqla, cəmi 690 ədəd güclü təsir edən maddə – “Tramadol” aşkar olunaraq götürülüb.

Qeyd edək ki, “Tramadol” adlı dərman preparatı Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir və aşkar olunan 690 həbdə tramadoloun təsiredici maddəsinin ümumi miqdarı 138 qram təşkil edir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info