Sumqayıtda yaşayış binasında yanğın oldu, ölən var

  • By admin
  • 24 Noyabr 2016 11:02

fhn-3

Sumqayıtda yaşayış binasında  yanğın olub.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şəhər ərazisində dördmərtəbəli yaşayış binasının zirzəmisində 5 m² sahədə məişət tullantıları yanıb. Yanğın kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 1 kişi cəsədi aşkar olunub.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info