Suraxanı Məhkəməsində özbaşınalıq - VƏKİL PROSESƏ BURAXILMIR

“Suraxanı Rayon Məhkəməsinin hakimi Namiq Kərimovun icraatında olan Novruzzadə Ruhullah Məsim oğlunun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimata baxılır və tərəfimdən vəkil orderinin rəsmi ərizə ilə məhkəməyə təqdim edilməsinə baxmayaraq mənim şəxsin müdafiəsində iştirakıma məhkəmə tərəfindən mane olmağa çalışırlar”.

Bunu Gununsesi.info-ya açıqlamasında vəkil Elvin Yusifov deyib.O, bildirib ki, məhkəmə israrla təyinat üzrə vəkilin gəlməsini tələb edir: “Mən Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olaraq öz vəzifəmi necə yerinə yetirim?”.

Gununsesi.info