Sürücü yolu keçmək istəyən piyadanı vuraraq qaçıb

  • Müəllif: admin
  • 05 Mart 2018 08:50

Bakının Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, 1991-ci il təvəllüdlü Nəzərov Kamal Atabala oğlunu rayonun 9-cu mikrorayonu ərazisində yolu keçərkən minik avtomobili vurub.

Piyadanın xəsarət aldığını görən sürücü hadisə yerindən qaçıb.

Gununsesi.info