“Sürüşmə dinamikasında azalma var” -Əli Əliyev

  • By admin
  • 17 Yanvar 2023 12:39

Ölkə ərazisində sürüşmə dinamikasında azalma var. Burada dövlət qurumları tərəfindən qoruyucu tədbirlərin aparılması mühüm rol oynayır.

Gununsesi.info xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, sürüşmə təbii geoloji və texnogen proseslərlə bağlıdır: “Təbii proseslərə müdaxilə edə biləcək gücə malik deyilik. Amma proseslərin sürətini azaltmaq üçün qoruyucu tədbirlər görülə bilər. Yağışlar çox olan hissələrdə sürüşmə aktivləşə bilər. İndiki halda bu aktivləşmə müşahidə olunmur”.

Gununsesi.info