“Təbabətdə yeni texnologiyalar: kök hüceyrələr, robot cərrahiyyəsi” mövzusunda konfrans keçiriləcək

  • By admin
  • 23 Noyabr 2017 12:42

Noyabrın 24-də  AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilati dəstəyi ilə MEK-də Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Liv Hospital və İstinye Universitetinin təşkilatçılığı ilə “Təbabətdə yeni texnologiyalar: kök hüceyrələr, robot cərrahiyyəsi” mövzusunda konfrans keçiriləcək.

Gununsesi.info-nun xəbərinə görə, konfransda Türkiyəli və yerli mütəxəssislər kök hüceyrələrin klinikada tətbiqi, ürək xəstəliklərində, kolon poliplərində, xərçəng xəstəliyində aparılan tədqiqatların nəticələri və robotik cərrrahiyyə barədə elmi-praktik məlumatları müzakirə edəcəklər.

Açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA  Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi, akademik Əhliman Əmiraslanov, Liv Hospital Uluslararası Misafir Merkezinin müdürü Fatih Akpınar çıxış edəcəklər. Daha sonra konfransın işi panel iclaslarla davam edəcək.

Gülnaz Qənbərli

Gununsesi.info