TƏBİB Azərbaycanda koronavirusla bağlı son statistikanı açıqladı

  • By admin
  • 13 Sentyabr 2020 21:07

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı son statistik məlumatları açıqlayıb.

Gununsesi.info bildirir ki, məlumata görə, hazırda ölkədə aktiv koronavirus xəstələrinin sayı 2009-dur.

Reanimasiyada olan koronavirus xəstələrinin sayı 117, süni tənəffüs aparatına qoşulanların sayı isə 11-dir.

Respublikada indiyə qədər ümumilikdə 38327 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35756 nəfər müalicə olunaraq sağalıb, 562 nəfər vəfat edib.

Gununsesi.info