Təhsi şöbəsi məktəblinin intihara cəhd xəbərini təkzib etdi: "Futbol meydançasının hasarına çıxarkən yerə yıxılıb..."

  • By admin
  • 01 Oktyabr 2016 01:12

036eb6c17995cf0e584be999411c2c21

Abşeron rayonu Təhsil Şöbəsi şagirdin intihara cəhdi ilə bağlı məlumata münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, Təhsil şöbəsinin mətbuat katibi Anar Nağıyevin APA-ya verdiyi bildirdiyinə görə, Abşeron rayonu 2 saylı orta məktəbin 6-cı sinif şagirdi Nuriyev Zahid məktəbin yaxınlığındakı futbol meydançasının hasarına çıxarkən yerə yıxılıb.

“Ayağından xəsarət alan Z.Nuriyev 1 saylı Şəhər Kliniki Xəstəxanaya yerləşdirilib. Vəziyyəti normaldır. 2 saylı orta məktəbdə intihara cəhd olmayıb”-deyə,  A. Nağıyev bildirib.

Gununsesi.info